...

"Hababam sinfi"nin müəllimi vəfat etdi

Mədəniyyət Materials 5 Yanvar 2018 13:36 (UTC +04:00)
Tanınmış türkiyəli aktyor Münir Özkul 93 yaşında vəfat edib.
"Hababam sinfi"nin müəllimi vəfat etdi

Bakı. Trend:

Tanınmış türkiyəli aktyor Münir Özkul 93 yaşında İstanbulda vəfat edib.

Trend-in məlumatına görə, M.Özkül uzun zamandır səhhətindəki problemlərlə əlaqədar müalicə alırdı.

Qeyd edə ki, aktyor 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy rayonunda anadan olub.

M.Özkul yüzdən artıq filmə çəkilib. Aktyorun ən yaddaqalan rollarından biri "Hababam sinfi" filmində Mahmud müəllim obrazı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti