...

Ölkəyə 181 kombayn, 1700-dən çox traktor, gübrəsəpən və daha nələr gətirildi? -STATİSTİKA

Gündəm Materials 2 Fevral 2018 19:14 (UTC +04:00)
Ötən il Azərbaycana 10 minə yaxın kənd təsərrüfatı texnikası gətirilib.
Ölkəyə 181 kombayn, 1700-dən çox traktor, gübrəsəpən və daha nələr gətirildi? -STATİSTİKA

Bakı. Trend:

Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il Azərbaycana dövlət vəsaiti hesabına 9877 vahid kənd təsərrüfatı texnikası gətirilib.

Trend-in məlumatına görə, 2017-ci il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına əvvəlki ilə nisbətən 130,8 milyon manat çox olmaqla ümumilikdə 269,4 milyon manat dəyərində 2 vahid taxılyığan kombayn, kombayna qoşulan 12 vahid biçici aqreqat (qarğıdalı biçən 8 vahid, günəbaxan biçən 4 vahid), 179 vahid pambıqyığan kombayn satılıb.

Bundan başqa 87 vahid çuğundur çıxaran, eləcə də 1645 vahid müxtəlif növ traktor, 1370 vahid traktor yedəyi (qoşqu), 838 vahid kotan, 343 vahid mala, 751 vahid kultivator, 95 vahid ot biçən, 29 vahid ot dırmığı, 34 vahid ot küləş presləyən, 394 vahid çiləyici və tozlayıcı, 961 vahid səpici aqreqat, 92 vahid gübrəsəpən, 31 vahid bağarası frez, 33 vahid taxıl (toxum) təmizləyən və 979 vahid digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti