...

Ekspert: Azərbaycanda kənd təsərrüfatı texnikasını idarə edəcək kadrlara ehtiyac var

Gündəm Materials 25 İyul 2018 12:34 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı texnikasını idarə edəcək kadrlara ehtiyac var.
Ekspert: Azərbaycanda kənd təsərrüfatı texnikasını idarə edəcək kadrlara ehtiyac var

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda kənd təsərrüfatı texnikasını idarə edəcək kadrlara ehtiyac var.

Trend-in məlumatına görə, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş konfransda deyib.

O qeyd edib ki, bu gün Azəbaycanda 80 minə yaxın kənd təsərrüfatı texnikası var:

“Lakin bu texnikanı düzgün idarə edəcək kadrlar çatışmır. Bəzi insanlar sürücülük vəsiqəsi olmadan bu nəqliyyat vasitələrini idarə edirlər və xəbər yayılır ki, traktor aşıb, neçə nəfər dünyasını dəyişib. Bu, peşəkar kadrların olmamasından, kənd təsərrüfatı texnikasının düzgün idarə edilməməsindən irəli gəlir”.

Ə.Hüseynov bildirib ki, digər problemlərdən biri də kənd təsərrüfatı texnikasına vaxtında texniki qulluğun edilməməsidir: “Bu il kombayının yanması, aşması ilə bağlı faktlar qeydə alınıb. Bütün bunlar qeyri-peşəkarlıqdan irəli gəlir. Ona görə də bu sahədə kadrların hazırlanmasına ehtiyac var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti