...

Bu 2 hakim barədə materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildi - ADLARI

Gündəm Materials 28 Fevral 2019 12:49 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurası ötən il korrupsiyaya şərait yaradan iki məhkəmə hakimi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
Bu 2 hakim barədə materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildi - ADLARI

Bakı. Samir Əli - Trend:

Məhkəmə-Hüquq Şurası ötən il korrupsiyaya şərait yaradan iki məhkəmə hakimi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.

Trend-in məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında məlumat verilib.

İclasda bildirilib ki, qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hakimi Yaşar Həşimovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilib.

Şura korrupsiyaya dair konkret faktların araşdırılıb hüquqi qiymət verilməsi üçün materialların Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti