...

Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı

Gündəm Materials 10 Yanvar 2020 09:37 (UTC +04:00)
İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.
Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Bakıda 3 əcnəbi vətəndaşın ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsiniin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Xatırladaq ki, ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə baş verən yanğın zamanı həmin mənzildə tüstüdən Şri-Lanka vətəndaşları olan 3 qız zəhərlənərək ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti