Bakı. Samir Əli - Trend:
Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə gğrə, orduda bu məsələ nəzarət altındadır: "Mən bu barədə bu gün Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənovla da danışmışam. O bildirib ki, hazırda vəziyyət nəzarətdə saxlanılır. Əfqanıstandakı sülhməramlılarımız arasında bir hərbçimizdə virus aşkarlanmışdı, o da dərhal Azərbaycana gətirilərək karantinə götürülüb.
Hazırda orduda vəziyyət nəzarətdədir. Hərbi hissələrin tibb xidmətləri də hərbçilər arasında testlər keçirir və vəziyyətə xüsusi nəzarət olunur".