...

Düşmən Füzuli rayonunun yaşayış məntəqələrini raket atəşinə tutdu (FOTO)

Gündəm Materials 14 Oktyabr 2020 12:57 (UTC +04:00)
Düşmən Füzuli rayonunun yaşayış məntəqələrini raket atəşinə tutdu (FOTO)

Füzuli. Samir Əli - Trend:

Ermənistan silahlı qüvvələri Füzuli rayonunun kəndlərini atəşə tutmaqda davam edir.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ermənilər rayonun Kürdmahmudlu və Alıxanlı kəndlərini "Smerch" tipli raketlərdən atəşə məruz qoyub.

Hadisə nəticəsində rayonun Kürdmahmudlu kəndində 20-yə yaxın evə ziyan dəyib. Həmçinin Alıxanlı kəndində də bir neçə ev yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti