...

Eldəniz Səlimov barəsində həbs-qətimkan tədbiri seçildi (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 3 Avqust 2021 19:00 (UTC +04:00)
Eldəniz Səlimov barəsində həbs-qətimkan tədbiri seçildi (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Bu gün Milli Məclisin qərarı ilə deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barəsində məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, Binəqədi Rayon Məhkəməsinə gətirilən Eldəniz Səlimov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Prosesdə qərar qəbul edilib.

Qərara əsasən, E.Səlimov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti