...

"TURAZ Şahini - 2021" təlimlərində ətrafı tanıma uçuşları keçirilib (FOTO)

Gündəm Materials 3 Sentyabr 2021 18:33 (UTC +04:00)
"TURAZ Şahini - 2021" təlimlərində ətrafı tanıma uçuşları keçirilib (FOTO)

Bakı. Trend:

"TURAZ Şahini - 2021" birgə taktiki-uçuş təlimləri davam edir. Təlimlərin planına əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib. Təhlükəsizlik qaydaları çatdırılıb.

Sonra türkiyəli pilotlar F-16 qırıcı təyyarələrində, azərbaycanlı hərbi təyyarəçilər isə Miq-29 və Su-25 təyyarələrində uçuşlar keçiriblər.

Təlimlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti