...

2 milyonluq oğurluqda ittiham olunan alpinistlərin məhkəmə istintaqı başa çatıb

Gündəm Materials 8 Aprel 2022 15:54 (UTC +04:00)
2 milyonluq oğurluqda ittiham olunan alpinistlərin məhkəmə istintaqı başa çatıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə
Cavid Süleymanovun vəkili müvəkkilinin psixi problemlərdən əziyyət çəkdiyini və bu səbəbdən onun barəsində ekspertlər tərəfindən stasionar ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb.

O, ekspert rəylərinin iş materiallarına əlavə edilməsini istəyib.

Vəsatət təmin edilib.

Prosesdə digər zərərçəkənlərin və bəzi şahidlərin ifadəsi elan edilmiş hesab edilib.

Prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış etmək üçün vaxt istəyib və proses aprelin 22-nə təyin edilib.

Xatırladaq ki, ittihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.

Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti