...

"Sədərək" ticarət mərkəzindəki yanğınla bağlı xəstəxanaya 1 nəfər daxil olub - TƏBİB

Gündəm Materials 8 Yanvar 2023 21:29 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə 1 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, iki nəfərə isə tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.

Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti