...

Sumqayıtda oğul atasının evini qarət edib

Gündəm Materials 3 Fevral 2023 11:07 (UTC +04:00)
Sumqayıtda oğul atasının evini qarət edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda oğul atasının evini qarət edib.

Daxili işlər nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərindəki mənzillərin birindən 15.000 ABŞ dolları və qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin ev sahibinin oğlunun törətməsinə əsaslı şübhələr müəyyən olunub və o, saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti