...

Elektron Təhlükəsizlik Xidməti bu məhsulla bağlı xəbərdarlıq etdi

Gündəm Materials 5 Sentyabr 2023 12:54 (UTC +04:00)
Elektron Təhlükəsizlik Xidməti bu məhsulla bağlı xəbərdarlıq etdi
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“VMware Aria Operations for Networks” məhsulunda kritik boşluq aşkar olunub.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, “Aria Operations for Networks” unikal kriptoqrafik açar generasiyasının olmaması autentifikasiyadan yan keçməyə səbəb olur. Şəbəkəyə girişi olan kiberdələduz “Aria Operations for Networks CLI”a daxil olmaq üçün “SSH” autentifikasiyasından yan keçə bilər.

Boşluqdan qorunmaq üçün istifadəçilərə məhsulu ən son versiyaya yeniləmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti