...

Gürcüstan 2030-cu ilə qədər Aİ-yə daxil olmağa hazır olacaq - hakim partiya

Gündəm Materials 29 Dekabr 2023 01:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmağa tam hazır olacaq.

Trend-in məlumatına görə, bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze deyib.

"Biz söz verə bilərik ki, 2030-cu ilə qədər Gürcüstan <...> Avropa İttifaqına üzv olmağa hazır olacaq", - deyə İ.Kobaxidze bildirib.

Siyasətçi Gürcüstan və Moldovanın imkanlarını müqayisə edərək qeyd edib ki, onun ölkəsi iki il ərzində iqtisadi göstəricilərini xeyli artırıb və bu, Aİ-yə daxil olmaq üçün həlledici amillərdən biridir.

"Təkcə bu il və keçən il biz Moldova iqtisadiyyatı ilə fərqi 8 milyard dollar artırdıq. Bu o deməkdir ki, biz Avropaya inteqrasiya yolunda Moldova ilə müqayisədə 8 milyard dollar irəlidəyik. Nəhayət, üzvlük məsələsi gündəmə gələndə əsas meyar yenə də iqtisadiyyat olacaq", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti