...

Azərbaycan Neft Akademiyasında atəş açmış şəxs tapança ilə silahlanıb - şahid

Hadisə Materials 30 Aprel 2009 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir E.İsmayılov / 

"Cümə axşamı səhər Azərbaycan Neft Akademiyasında atəş açmış şəxs tapança ilə silahlanıb", - hadisənin şahidlərindən biri, tələbə Rəşad Allahverdiyev deyib.

"Onun əynində cins gödəkçə və başında kepka var idi", - Akademiyanın "Beynəlxalq münasibətlər və menecment" fakultəsinin ikinci kurs tələbəsi Allahverdiyev bildirib.

"Atəş açılan kimi biz təşvişə düşdük və qaçmaqğa başladıq, hər şeyi aydın görə bilmədik", - hazırda insident nəticəsində zərərçəkənlərin aparıldığı Musa Nağıyev adına təcili tibbi yardın xəstəxanasında olan Allahverdiyev deyib.

Atəş açan şəxs artıq zərərsizləşdirilib. Bu haqda informasiyanı daxili işlər nazirinin müavini Vilayət Eyvazov təsdiqləyib. Digər məlumatlara görə, cinayətkar özü özünü öldürüb. Bakı şəhər Prokurorluğundan verilən xəbərə görə, ilkin məlumatlara əsasən, 8-10 nəfər öldürülüb.

Xəbər lenti

Xəbər lenti