...

Domodedovo aeroportrunda baş verən partlayış nəticəində ölən 35 nəfərin əksəriyyətinin şəxsiyyəti məyyən edilib (ƏLAVƏ OLUNUB-8) (VİDEO)

Hadisə Materials 25 Yanvar 2011 10:20 (UTC +04:00)
Moskvanın Domodedovo aeroportrunda bazar ertəsi baş verən partlayış nəticəsində 128 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Rusiyanın səhiyyə və ictimai inkişaf naziri Tatyana Qolikova bildirib. Məlumatı RİA Novosti yayıb.
Domodedovo aeroportrunda baş verən partlayış nəticəində ölən 35 nəfərin əksəriyyətinin şəxsiyyəti məyyən edilib (ƏLAVƏ OLUNUB-8) (VİDEO)

Ölənlərin siyahısı əlavə olunub (ilk xəbər 24 yanvar, saat 18:08-də yayılıb)

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Moskvanın Domodedovo aeroportrunda bazar ertəsi baş verən partlayış nəticəsində 128 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Rusiyanın səhiyyə və ictimai inkişaf naziri Tatyana Qolikova bildirib. Məlumatı RİA Novosti yayıb.

Qolikovanın sözlərinə görə, vəfat edən 35 nəfərdən 31 partlayış zamanı dünyasını dəyişib. Xəstəxanalara yerləşdirilən 93 nəfərdən 73 Moskva şəhərinin, qalanları isə Moskva vilayətinin müalicə müəssisələrinə yerləşdirilib.

Partlayış Domodedovo aeroportunun beynəlxalq terminalında, saat 16:37-də baş verib. Ölənlərin sayının 35-ə çatdığı bildirilir.

Domodedovo aeroportunda partlayış nəticəsində həlak olan və xəsarət alanlar var. Trend-in məlumatına görə, bunu Rusiya Aviasiyası İdarəsinin nümayəndəsi Sergey İzvolski təsdiq edib.

Rusiya Aviasiya İdarəsinin rəhbəri Aleksandr Neredko aeroporta gəlib.

Domodedovo aeroportunda partlayışı intiharçı-terrorçu törədib.

Terrorçu təyyarədən çıxan insan kütləsinin arasında olub və üzərində olan 5 kq partlayıcı maddəni işə salıb.

Baş verən partlayışla bağlı Rusiya Cinayət Məcəlləsinin terror aktı maddəsi (205-ci) ilə cinayət işi başlanıb.

Rusiya Prezidenti Dmitri Medvedev Domodedovoda xəsarət alanlara təxirəsalınmaz yardım göstərmək barədə tapşırıq verib və həlak olanların ailələrinə başsağlığı verib.

"Mən elə indicə səhiyyə naziri və fövqəladə hallar naziri ilə danışdım. Hər şey etmək lazımdır ki, xəsarət alanlar təxirəsalınmaz tibbi yardım alsınlar", - Prezident fövqəladə iclas zamanı deyib, məlumatı RİA Novosti yayıb.

Həlak olanların siyahısı:

1. BABARIKİN Vladimir Arkadeviç, 1966,  Moskva ş.

2. BABENKO Marina Aleksandrovna, 1965

3. BADRAŞOV Kirill, 1972, Böyük Britaniya

4. BAYBUZ Kirill Örğeviç, 1987,  Moskva ş.

5. BELOUSOV Valeriy İvanoviç, 1962

6. QATAULİN İlğdus Önusoviç, 1974,  Cukovskiy ş.

7. QORKİN İqorğ Alekseeviç, 1955

8. DCABAROV Sabir Muxamedcanoviç, 1963, Tacikistan

9. DUBOVİÜKİY Viktor İvanoviç, 1972, q. Monino

10. İVANOV Nikolay İvanov, 40-45 yaş arası, Bolqarıstan

11. İZMAYLOV Vadim Qennadieviç, 1964

12. KOUSLAND Qordon Kempbell, 1971, Böyük Britaniya

13. KOÇERQİN Nikolay Pavloviç, 60-65 yaş arası, Moskva vilayəti

14. LAPŞOV Denis Anatolieviç, 1973

15. MATVEEV Aleksandr Evqenieviç, 1976, Ramenskoe ş.

16. MAŞUTİNA Anna Qriqorievna, 1981, Ukrayna

17. MİNDEROP Hendrik, 1976, Almaniya

18. MOMBETOV Orikbay Rometoviç, 1965, Özbəkistan

19. NEİZVESTNAƏ CENHİNA

20. NAMƏLUM ŞƏXS

21. NAMƏLUM ŞƏXS

22. NAMƏLUM KIŞI

23. NAMƏLUM KIŞI

24. NAMƏLUM KIŞI

25. NAMƏLUM KIŞI, 50-55 yaş

26. NAMƏLUM KIŞI, 35-40 yaş

27. NAMƏLUM KIŞI, 40-45 yaş

28. PERMƏTİN Viktor Mixayloviç, 1961, Brensk ş.

29. Predpolocitelino SİBQATULLİN Rinat Şafixoviç, 1966, Moskva ş.

30. PUSTOVALOV Boris Vladimiroviç, 1949,  Moskva ş.

31. XAKNAZAROV Murat Xudeynazaroviç, 1987, Qırğızıstan

32. XRİPANKOV Andrey Vladimiroviç, 1967, Moskva ş.

33. ŞİŞKİN Konstantin Konstantinoviç, 1959,  Moskva ş.

34. ŞMATKO Viktor Trofimoviç, 1957,  Moskva ş.

35. ÖRAŞKU Nikolay Vasilğeviç, 1924, MO Serpuxovskoy r-n, s. Lipiçı.

Xəbər lenti

Xəbər lenti