...

Bakıda mənzildən 250 min manat oğurlayan şəxslər tutulub

Hadisə Materials 17 Mart 2011 11:43 (UTC +04:00)
Bakıda mənzildən 250 min manat oğurlayan şəxslər tutulub
Bakıda mənzildən 250 min manat oğurlayan şəxslər tutulub

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda mənzildən 250 min manat oğurlayan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən il sentyabrın 19-na keçən gecə Bakıxanov qəsəbə sakini Çingiz Məmmədovun evindən eyvandan keçməklə içərisində 250 min manat və qızıl-zinət əşyaları olan seyf oğurlanmışdı.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və rayon polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinələr, əvvəllər məhkum olunmuş Şaiq Səttarov və Pərvin Məmmədov martın 16-da yaxalanıb.

Faktla bağlı istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti