...

Bakıda 400 kiloqrama yaxın alüminium oğurlayan şəxslər tutulub

Hadisə Materials 31 May 2011 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Bakıda 400 kiloqrama yaxın alüminium oğurlayan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 29-da Türkan qəsəbəsində Şamil Hacıyevin bağ evindən 50 metr elektrik naqili, su mühərriki, həmin qəsəbədə yaşayan Elman Məmmədovun bağ evindən qaynaq aparatı və 380 kiloqram alüminium oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Türkan qəsəbə sakinləri Malik Quliyev və Samir Əlizadə mayın 30-da tutulublar.

Bütün faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti