...

Bakıda avtomobildən külli miqdarda pul oğurlayan şəxs tutulub

Hadisə Materials 13 İyul 2011 12:44 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Bakıda avtomobildən külli miqdarda pul oğurlayan şəxs tutulub

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtomobildən külli miqdarda pul oğurlayan şəxs tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşlarının Cinayət Məcəlləsinin 305-ci maddəsi ilə axtarışda olduğuna görə tutulmuş Hüseyn Xanverdiyevin ətrafında apardıqları əməliyyat tədbirləri nəticəsində onun Ruslan Əkbərova məxsus "Toyota Corolla" markalı avtomaşından 20 min manat və 74500 dollar oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti