Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda Binəqədi rayonu ərazisində iki marşrut avtobusu toqquşub.
Hadisə yerindən şahidlərin Trend-ə verdikləri məlumata görə, bu gün səhər saat 10:00 radələrində Binəqədi rayon Yol Polisi Şöbəsinin qarşısında 165 saylı iki marşrut avtobusu toqquşub, yaralananlar var.
Məlumata görə, yaralıların sayı 10-dan artıqdır.
Hadisə yerində təcili tibbi yardım həkimləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər.
Yaralıların bir qismi xəstəxanaya aparılıb.