...

Bakıda baş vermiş yol qəzasında bir ailənin 5 üzvü xəsarət alıb, 1-i ölüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 8 Sentyabr 2011 10:32 (UTC +04:00)
Respublika Dövlət Yol Polisi İdarəsi Sabunçuda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Bakıda baş vermiş yol qəzasında bir ailənin 5 üzvü xəsarət alıb, 1-i ölüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir K.Zərbalıyeva /

Respublika Dövlət Yol Polisi İdarəsi Sabunçuda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.

Idarədən Trend-ə verilən məlumata görə, dünən gecə saat 23.20 radələrində Musavat küçəsində Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Elsevər Əliyevin idarə etdiyi "VAZ-2106 markalı, 58-BA-263 dövlət qeydiyyat nişanlı avtomobillə həmyerlisi 1952-ci il təvəllüdlü Yolçu Musayevin idarə etdiyi "VAZ-2106 markalı, 10-BC-689 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində sürücü Musayev və sərnişinləri, həyat yoldaşı 1965-ci il təvəllüdlü Fəridə, qızı 1976-cı il təvəllüdlü Fatma, oğlanları 1973-cü il təvəllüdlü İbadət, 2005-ci il təvəllüdlü Rüfət, 2007-ci il təvəllüdlü Rəşad, qohumu 1982-ci il təvəllüdlü Xeyransa Musayeva, habelə digər sürücü Əliyev və sərnişini həyat yoldaşı 1989-cu il təvəllüdlü Gülnarə xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Sürücülərin hər ikisi xəstəxanada ölüb, digərlərinin vəziyyəti isə orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti