...

Ermənistanda hərbi hissələrdən birinin giziri intihar edib

Hadisə Materials 20 Yanvar 2012 12:21 (UTC +04:00)
Ermənistanda hərbi hissələrdən birinin giziri öz mənzilində intihar edib.
Ermənistanda hərbi hissələrdən birinin giziri intihar edib

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Ermənistanda hərbi hissələrdən birinin giziri öz mənzilində intihar edib. Trend-in "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, bu barədə bu gün Ermənistan Müdafiə Nazirliyinin İstintaq Xidmətinin rəisi Armen Arutyunyan Nubaraşen hərbi hissəsində hərbiçinin intihar etməsi barədə məlumatın həqiqətə uyğun olub-olmaması barədə sualı cavablandırarkən bildirib.

Arutyunyan gizirin arvadının sözlərinə istinad edərək bildirib ki, evdə tək qaldığı zaman gizir esensiya içib. Ərini evdə ağır vəziyyətdə tapan qadın kömək üçün həkimlərə müraciət edib. O, Qriqor Lusavoriç tibb mərkəzinə çatdırılıb və orada vəfat edib.

"Bizim gizirin intihar etmək həddinə gətirilib çıxarıldığını güman etməyə əsasımız var, bununla əlaqədar elə həmin gün intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi qaldırılıb", - Arutyunyan bəyan edib və baş verənlərin ordudakı xidmətə aidiyyəti olmadığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti