...

Bakıda kafedə qanunsuz qumar oyunu aşkarlanıb

Hadisə Materials 27 Fevral 2012 12:14 (UTC +04:00)
Bakıda kafedə qanunsuz qumar oyunu aşkarlanıb
Bakıda kafedə qanunsuz qumar oyunu aşkarlanıb

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

Bakıda kafedə qanunsuz qumar oyunu aşkarlanıb.

Daxili İşlər Nazirliyindən bazar ertəsi Trend-ə bildiriblər ki, Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Çəminzəminli küçəsində Naxçıvan şəhər sakini Vidadi Nağıyevə məxsus "Albatros" kafesində qanunsuz qumar oyunlarının keçirilməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti