Azərbaycan, Bakı, 12 iyul /Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanda Türkiyə vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 11-də Xırdalan şəhəri ərazisindəki avtomobil təmiri sexinin həyətində orada usta işləyən Türkiyə vətəndaşı Ali Əkbər Kayan oğlu yük avtomaşınını təmir edərkən qaldırıcı qurğu sınıb və avtomaşın onun üstünə düşüb.
Nəticədə o, aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.