...

Bakıda itkin düşən qız tapılaraq ailəsinə qaytarılıb

Hadisə Materials 12 Sentyabr 2012 15:53 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Vaqif Bağırov 04.08.2004-cü il tarixdə Xətai RPİ 36-cı PB-yə ərizə ilə müraciət edərək, bacısı 1996-cı il təvəllüdlü Türkan Bağırovanın həmin gün saat 10:00 radələrində evdən getdiyini və qayıtmadığını bildirib.
Bakıda itkin düşən qız tapılaraq ailəsinə qaytarılıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda itkin düşən qız tapılaraq ailəsinə qaytarılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Vaqif Bağırov 04.08.2004-cü il tarixdə Xətai RPİ 36-cı PB-yə ərizə ilə müraciət edərək, bacısı 1996-cı il təvəllüdlü Türkan Bağırovanın həmin gün saat 10:00 radələrində evdən getdiyini və qayıtmadığını bildirib.

Bununla bağlı təhqiqat işləri aparılıb, 15.08.2012-ci il tarixdə Xətai RPİ-də axtarış işi açılıb. Axtarışda olan Bağırovanın yerinin müəyyən edilməsi məqsədilə zəruri olan bütün tədbirlər görülüb.

Müəyyən edilib ki, Bağırova əvvəllər, 02.07.2012-ci ildə evdən çıxaraq geri qayıtmayıb, qardaşı Bağırov 11.07.2012-ci ildə PB-yə müraciət edərək, bacısının sağ-salamat evə gəldiyini və heç bir şikayətinin olmadığını bildirib.

İkinci dəfə evdən getdikdən sonra, 05.08.2012-ci il tarixdə isə Bağırova qardaşının telefonuna mesaj göndərib və sağ-salamat olduğunu deyib.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində Bağırova 11.09.2012-ci il tarixdə Mərdəkan qəsəbəsində tapılıb və ailəsinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti