Azərbaycan, Bakı, 30 iyul /Trend/
Fövqəladə Hallar Nazirliyi Hacıqabulda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Hacıqabul rayonu, Bakı-Qazax yolunda vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin digər vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Nəticədə minik avtomobilində şəxsiyyətləri məlum olamayan sıxılmış vəziyyətdə 1 nəfər sərnişinin cəsədi və 1 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alaraq minik avtomobilindən yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib.
Minik avtomobilinin sürücüsü və avtomobildə şəxsiyyətləri məlum olmayan digər 2 nəfər sərnişin (1-qadın və 1 azyaşlı uşaq) yanğınsöndürən-xilasedicilər çatana kimi əhali tərəfindən Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.