Azərbaycan, Bakı, 10 sentyabr /Trend /
Qətl törətməkdə şübhəli bilinən azərbaycanlı "qanuni oğru" Rafo Gəncinski Rusiyanın paytaxtı Moskvada saxlanılıb. Trend-in məlumatına görə, bu barədə "İnterfax" agentliyi Rusiya DİN-in mətbuat mərkəzinə istinadən bildirib.
Mətbuat mərkəzinin əməkdaşı "İnterfax"a bildirib: "Moskva regionu ərazisində cinayət törətməkdə şübhəli bilinən qrupun fəal iştirakçıları saxlanılıb. Saxlanılan şəxslərin hamısı Azərbaycan Respublikasının vətəndaşlarıdır. Onlardan biri 33 yaşlı "qanuni oğru", kriminal aləmdə daha çox "Rafo Gəncinski" kimi tanınan şəxsdir.
Polisin məlumatına görə, kriminal avtoritet ötən il Moskvada qətl törədib, faktla bağlı cinayət işi qaldırılıb.