...

Bakıda minik avtomobili ilə sərnişin avtobusu toqquşub

Hadisə Materials 2 Yanvar 2014 08:51 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda “VAZ” markalı minik avtomobili və “IVECO” markalı sərnişin avtobusu toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb.
Bakıda minik avtomobili ilə sərnişin avtobusu toqquşub

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Bakıda minik maşını ilə avtobus toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" markalı minik avtomobili və "IVECO" markalı sərnişin avtobusu toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti