...

FHN Bakıda zavodun ərazisində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 29 Yanvar 2014 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/

Fövqəladə Hallar Nazirliyi (FHN) Bülbülə qəsəbəsində "Bakı Neftqazmədən Avadanlıqları Zavodu" TASC-nin ərazisində baş verən yanğınla əlaqədar rəsmi məlumat yayıb.

Trend FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 3000 kv.m olan sexin binasında vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 2000 kv.m anbar kimi istifadə olunan tikilinin yanar konstruksiyaları və içərisindəki geyim malları 900 kv.m sahədə, ona bitişik ümumi sahəsi 2000 kv.m olan "PANO" ASC-nin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və anbara bitişik dayanmış "MERCEDES" markalı yük avtomobilinin banı və banına yığılmış paltar kipləri yanıb. Anbarın və "PANO" ASC-nin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Trend-ə verilən məlumata görə, bu gün səhər Bakının Bülbülə qəsəbəsində yerləşən "Bakı Neftqazmədən Avadanlıqları Zavodu" TASC-nin ərazisində yanğın baş verib. Yanğın zavodun ərazisindəki sexdə qeydə alınıb. Yanğının qarşısı artıq alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti