Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda 23 yaşlı gənci qətlə yetirən şəxslər tutulublar.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 19-da saat 21:30 radələrində, Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsində qəsəbə sakini, 1991-ci il təvıllüdlü Nihad İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən şəxslər tutulublar.
Bunlar Sabunçu qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Mirələkbər Sətdarov və 1990-cı il təvəllüdlü Xətai Şirinovdur.