...

Türkiyə parlamentinin həyətində partlayış

Hadisə Materials 8 Yanvar 2015 16:32 (UTC +04:00)
Türkiyə parlamentinin həyətində partlayış baş verib.
Türkiyə parlamentinin həyətində partlayış

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə parlamentinin həyətində partlayış baş verib. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Qəzetin yazdığına görə, parlamentin İctimai məsələlər departamentinin yanındakı elektrik transformatorunda partlayış baş verib, bundan sonra yanğın başlayıb.

Qeyd olunur ki, partlayış və yanğın deputatların təşvişə düşməsinə səbəb olub.

Hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib. Yanğın söndürülüb.

Foto -Anadolu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti