...

Toyuqlar tüstüdən boğuldular

Hadisə Materials 9 Mart 2015 10:01 (UTC +04:00)
Bakıda cücə sexində yanğın olub.
Toyuqlar tüstüdən boğuldular

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda cücə sexində yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakının Xəzər rayonu, Binə qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 130 kv.m olan cücə sexinin yanar konstruksiyaları 65 kv.m sahədə və içərisində olan sayı məlum olmayan toyuq tüstüdən bogularaq tələf olub.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti