Azərbaycan, Bakı, 17 mart /Trend/
Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Trend Region TV-yə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində Tərtər rayon sakini, 45 yaşlı İldırım Həsənovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.