...

Gəncədə baş verən yol qəzası Göygöldəki oğurluğun üstünü açdı

Hadisə Materials 4 May 2015 13:06 (UTC +04:00)
Gəncədə baş verən yol qəzası Göygöldə törədilmiş oğurluğun üstünü açıb.
Gəncədə baş verən yol qəzası Göygöldəki oğurluğun üstünü açdı

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Gəncədə baş verən yol qəzası Göygöldə törədilmiş oğurluğun üstünü açıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 3-də saat 06.00 radələrində Gəncə şəhərində şəhər sakini Hakim Mehdiyev idarə etdiyi "VAZ-21154" markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sərnişin, həmyerlisi Məhəmməd Əzizov hadisə yerində ölüb. Avtomobildə olan 600 manat, danışıq kartları, tütün məmulatı və məişət əşyaları ətrafa dağılıb.

Araşdırmalar zamanı qeyd edilən pul və digər əşyaların mayın 3-nə keçən gecə H.Mehdiyev və M.Əzizov tərəfindən Göygöl rayonunun Üçtəpə kəndində kənd sakini Bahar Abbasovaya məxsus mağazadan oğurlanması müəyyən edilib.

Faktla bağlı Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti