Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İlkin İzzət/
Gəncədə iki azyaşlının qətlə yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2-7 (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə istintaq aparılır.
Trend-in məlumatına görə, hazırda zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətin sırf ailə-məişət münaqişəsi zəminində Ramal Əliyevin həyat yoldaşı, yəni uşaqların doğma anası olan Sədaqət Babayeva tərəfindən törədilməsi müəyyən edilib və o şübhəli şəxs qismində saxlanılıb.
Qadın ilkin ifadəsində törətdiyi cinayəti tam etiraf edib.