...

Bu şəxsi görənlər polisə xəbər versin (FOTO)

Hadisə Materials 15 İyun 2016 12:33 (UTC +04:00)
Salyan şəhərində yaşayan 50 yaşlı Xudaverdiyev Əbülfəz Qabil oğlu cari il iyunun 4-də Bakı şəhərinə getmək adı ilə evdən çıxmış və evə qayıtmamışdır.
Bu şəxsi görənlər polisə xəbər versin (FOTO)

Bakı. Trend:

Salyan şəhərində yaşayan 50 yaşlı Xudaverdiyev Əbülfəz Qabil oğlu cari il iyunun 4-də Bakı şəhərinə getmək adı ilə evdən çıxmış və evə qayıtmamışdır.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Onun xarakterik əlamətləri belədir: boyu 150 sm, orta bədən quruluşlu, qara qısa saçlı, uzunsov sifətli, qara qalın qaşlı, gözləri qəhvəyi, fiziki cəhətdən sağlam, əqli cəhətdən qüsurlu ruhi əsəb xəstəsi, burnunun üstündə çapıq var.

Evdən çıxarkən əynində göy rəngli şalvar, ağ köynək, tünd göy rəngli pencək, əlində isə içərisində geyim əşyaları olan qara rəngli çanta olub.

Ə.Xudaverdiyevi itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Xidməti"nə, həmçinin (050) 341-49-64 mobil və ya Salyan rayon Polis Şöbəsinə 021-255-51-12 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti