...

Dənizdə batanlar xilas olunub

Hadisə Materials 8 İyul 2016 20:44 (UTC +04:00)
Bakıda dənizdə batan şəxslər xilas olunub.
Dənizdə batanlar xilas olunub

Bakı. Trend:

Bakıda dənizdə batan şəxslər xilas olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti