...

İsmayıllıda ikinci zəlzələ baş verib (YENİLƏNİB)

Hadisə Materials 13 Dekabr 2016 10:05 (UTC +04:00)
Bu gün İsmayıllıda ikinci zəlzələ baş verib.
İsmayıllıda ikinci zəlzələ baş verib (YENİLƏNİB)

İlk xəbər saat 09:15-də yayılıb

Bakı. Trend:

Bu gün İsmayıllıda ikinci zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün yerli vaxtla saat 04:34-də Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4.5, dərinliyi 9 km olan zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

X X X

09:15

İsmayıllı rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün yerli vaxtla saat 04:33-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.

4.5 maqnitudalı zəlzələ 8 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti