...

Neftçala və Hacıqabulda ev yanıb

Hadisə Materials 19 Dekabr 2017 20:34 (UTC +04:00)
Neftçalanın Xolqaraqaşlı kəndində birmərtəbəli 2 otaqlı evdə yanğın olub.
Neftçala və Hacıqabulda ev yanıb

Bakı. Trend:

Neftçalanın Xolqaraqaşlı kəndində ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hacıqabulda da ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğın olub.

Evin 1 otağında yataq dəsti və döşəmə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti