...

Suriyada təlim keçən şəxsə hökm oxundu

Hadisə Materials 13 Mart 2018 16:03 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya və İraq dövlətlərinin ərazilərində dini radikal qruplaşmanın təlim və döyüşlərində iştirak etməkdə təqsirləndirilən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Suriyada təlim keçən şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya və İraq dövlətlərinin ərazilərində dini radikal qruplaşmanın təlim və döyüşlərində iştirak etməkdə təqsirləndirilən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı H.Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsinə istəyib.

Daha sonra prosesdə hökm elan olunub.

Hökmə əsasən, H.Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı Əliyev Həsrət Əlihüseyn oğlu 2017-ci il oktyabrın 27-də saxlanılıb. O, İraq və Suriyada dini radikal qruplaşmanın tərkibində təlim keçməkdə təqsirləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti