...

Sumqayıtda yaşayış binasında yanğın olub - 5 nəfər xilas edilib

Hadisə Materials 1 İyul 2018 12:58 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıtda yanğın qeydə alınıb.

Trend-ə FHN-dən verilən məlumata görə, şəhərin beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 4-cü mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 8 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini xilas edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti