...

Bakıda velosiped sürən qadını maşın vurub

Hadisə Materials 3 Avqust 2018 14:58 (UTC +04:00)
Sabunçu rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib
Bakıda velosiped sürən qadını maşın vurub

Bakı. Trend:

Sabunçu rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 2-də saat 23 radələrində Sabunçu rayonu Heydər Əliyev prospektində Bakı şəhər sakini Nəriman Abbasov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Vüsalə Yusifzadəni vurub.

Xəstəxanaya yerləşdirilmiş V.Yusifzadə orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti