...

İtə görə çoban yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başladı

Hadisə Materials 11 Sentyabr 2018 12:05 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda qətl törətməkdə təqsirləndirilən Natiq Binyətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
İtə görə çoban yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda qətl törətməkdə təqsirləndirilən Natiq Binyətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası sentyabrın 22-nə təyin edilib.

İttihama görə, Şamaxı rayonunun Acıdərə yaşayış massivində çobanlıqla məşğul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu olan digər çoban, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

Qətlə səbəb Z.Hacıyevin itinin N.Binyətovun itini parçalayaraq öldürməsi olub.

N.Binyətov da Z.Hacıyevin yaşadığı evə gədərək ov tüfəngi ilə onun itini öldürüb.

Nəticədə çobanların arasında mübahisə yaranıb və N.Binyətov ov tüfəngi ilə Z.Hacıyevə 7 dəfə atəş açıb. Z.Hacıyev hadisə yerində ölüb.

N.Binyətov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılıb.

N.Binyətov Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti