...

Şirkətin külli miqdarda pulunu mənimsəyən şəxsin məhkəməsi başladı

Hadisə Materials 4 Yanvar 2019 15:26 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bayram Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.
Şirkətin külli miqdarda pulunu mənimsəyən şəxsin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bayram Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

B.Əliyev özünü ittihamlarda təqsirli bilib. O, qeyd edib ki, ittihamda yazılan məbləğ şişirdilib: "Zərərçəkənə 14 min 800 manat pul ödəməli idim. Onu da evində iş görüb, həll etmişəm. Rusiyadan mərmər daşları gətirmişdik, onu satıb, pulu da Əliheydər müəllimə vermişəm. Səhvim isə odur ki, pulu rəhbərliyə verəndə qəbzlər almamışam. Əliheydər müəllimə 69 min manat pul ödəmişəm. Artıq məsələ aramızda həll olunub".

Prosesdə şahid qismində dindirilən "Vedişiraz" MMC-nin rəhbəri Əliheydər Heydərli deyib ki, Rusiyadan mərmər daşlarının alınması üçün 55 min dollar pul ödəyib: "Daşlar gələndən sonra bir qismi satılmadı. Bayram onu bir neçə sexə payladı. Satıb, pulu gətirəcəkdi, lakin bunu etmədi".

Şahid qeyd edib ki, təqsirləndirilən şəxsi bağışlayır.

Məhkəmə prosesi yanvarın 11-ə təyin edilib.

Qeyd edək ki, B.Əliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İttiham aktına əsasən, "Vedişiraz" MMC-nin məsul şəxsi B.Əliyev şirkətin 56 min 900 manat pulunu mənimsəyib. Belə ki, o, şirkətin anbarında olan mərmər daşlarını satıb, lakin pulu MMC rəhbərliyinə verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti