...

Bakıda kirayədə yaşayan gənci bıçaqlayan şəxsin məhkəməsi başladı

Hadisə Materials 7 Yanvar 2019 12:41 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakıda kirayədə yaşayan gənci bıçaqlayan şəxsin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası yanvarın 16-na təyin edilib.

İttihama görə, ötən il sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində, həmin ərazidə kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Zalov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti