...

Bakı sakinini bıçaqla qorxudaraq mobil telefonunu əlindən alan şəxs həbs edilib (FOTO)

Hadisə Materials 14 Fevral 2019 13:36 (UTC +04:00)
Sabunçu rayonu Aydınbəyov küçəsində naməlum şəxs paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək onun “İphone 7” markalı mobil telefonunu əlindən alıb.
Bakı sakinini bıçaqla qorxudaraq mobil telefonunu əlindən alan şəxs həbs edilib (FOTO)

Bakı. Trend:

Sabunçu rayonu Aydınbəyov küçəsində naməlum şəxs paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək onun “İphone 7” markalı mobil telefonunu əlindən alıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, zərərçəkən bundan sonra hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə məlumat verib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş Röyal Səfərov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi mobil telefonu satdığını bildirib.

Araşdırma zamanı R.Səfərovun Sabunçu rayonunda daha bir şəxsə qarşı hədə-qorxu gələrək onun da mobil telefonunu əlindən aldığı məlum olub.

Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar artıq Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu RPİ və ya 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti