...

Ölkəyə külli miqdarda dərman preparatları keçirməyə çalışdı - Sərhəddə yaxalandı (FOTO)

Hadisə Materials 1 Fevral 2020 15:28 (UTC +04:00)
Gürcüstandan Azərbaycana siqaret və külli miqdarda dərman preparatları keçirmək istəyən şəxs saxlanılıb.
Ölkəyə külli miqdarda dərman preparatları keçirməyə çalışdı - Sərhəddə yaxalandı (FOTO)

Bakı. Trend:

Gürcüstandan Azərbaycana siqaret və külli miqdarda dərman preparatları keçirmək istəyən şəxs saxlanılıb.

Trend Dövlət Gömrük Komitəsinə (DGK) mətbuat xidmətinə istinadən xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Avtomobilə gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda və qapısının içərisində gömrük nəzarətinə bəyan edilməyən 4000 ədəd "Marlboro" markalı siqaret, 4215 həb, 3320 kapsul, 24 ədəd iynə və 276 ampuladan ibarət müxtəlif adda dərman preparatları aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti