...

Paytaxtda azyaşlılardan ibarət dəstə "Shagman"ı qarət etdi

Hadisə Materials 19 May 2020 09:29 (UTC +04:00)
Paytaxtda azyaşlılardan ibarət dəstə "Shagman"ı qarət etdi

Bakı. Samir Əli - Trend:

Bakıda oğurluq edən yeniyetmələr saxlanılıb.

Trend-in məlumatına görə, Xəzər rayonu, Binə qəsəbə sakini Zahid Niftəliyevə məxsus “Shagman” markalı yük avtomobilindən 700 manat dəyərindən akkumlyator oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin Post Patrul Bölüyü əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinən yeniyetmələr - 2004-cü il təvəllüdlü Əli Cəfərov, 2005-ci il təvəllüdlü Taleh Abdullayev, 1999-cu il təvəllüdlü Vüsal Qədirov və 1988-ci il təvəllüdlü Rəşad Bəşirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti