...

Son 3 ayda Bakıda vurulan 51 piyadadan 17-si ölüb

Hadisə Materials 15 Aprel 2021 11:13 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu il Bakıda piyadaların vurulması ilə nəticələnən 50 yol nəqliyyat-hadisəsi baş verib.

Bunu Trend-ə açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, baş verən yol qəzalarında 17 nəfər ölüb, 34-ü xəsarət alıb. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il 32 hadisə azalıb:

"Ötən illə müqayisədə bu il 18 ölüm, 17 xəsarət az olub. Belə ki, ötən ilin müvafiq dövründə piyadaların vurulması ilə nəticələnən 82 yol qəzası baş verib ki, qəzalar nəticəsində 35 nəfər ölüb, 51 nəfər isə xəsarət alıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti