...

Alyaskada təyyarə qəzaya uğrayıb, bütün sərnişinlər həlak olub

Hadisə Materials 6 Avqust 2021 07:46 (UTC +04:00)
Alyaskada təyyarə qəzaya uğrayıb, bütün sərnişinlər həlak olub

Bakı. Trend:

Alyaskanın Ketçikan şəhəri yaxınlığında "Southeast Aviation" şirkətinə məxsus kiçik təyyarə qəzaya uğrayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Sahil mühafizəsi məlumat yayıb.

Məlumata əsasən, göyərtədəki pilot və beş sərnişin həlak olublar.

Hadisənin səbəbi barədə hələ məlumat verilməyib, lakin Sahil mühafizəsi havanın dumanlı olduğunu və yağış yağdığını qeyd edib. "Associated Press" həlak olan beş sərnişinin hadisədən az əvvəl "Holland America Line" kruiz gəmisində səyahət etdiklərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti